Diqqət: Bu gecə Bakının bu yolları bağlı olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto

Diqqət: Bu gecə Bakının bu yolları bağlı olacaq – FOTO

Diqqət: Bu gecə Bakının bu yolları bağlı olacaq


Bu gecə bir neçə küçə və prospektdə “Oyunlar zolağı”nın işarələnməsi işləri həyata keçiriləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, işarələnmə işləri Atatürk prospekti, Vaqif küçəsi, Hənifə Ələsgərov küçəsi və Tbilisi prospektində aparılacaq.

Bu səbəbdən axşam saat 22:00-dan səhər saatlarınadək adı çəkilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti növbəli şəkildə tam olaraq məhdudlaşdırılacaq.

Yəni bir küçədə işlər yekunlaşdıqdan sonra digər küçədə “Oyunlar zolağı”nın çəkilişi həyata keçiriləcək. Sürücülərdən göstərilən müddət ərzində həmin küçə və prospektlərdən imkan daxilində istifadə etməmək tövsiyyə olunur və aparılan işlərə anlayışla yanaşmaları xahiş edilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir.

Ümumiyyətlə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir.

Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.

Diqqət: Bu gecə Bakının bu yolları bağlı olacaq
Diqqət: Bu gecə Bakının bu yolları bağlı olacaq

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *