“Çeçen qızının erməniyə ərə getməsi biabırçılıqdır...”
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Həmzətova bir müddət itkin düşmüş sayılıb. Buna səbəb onun yüksək rütbəli bir çeçenə ərə getməkdən imtina etməsi olub.
Daha sonra üzə çıxan xanım müğənni bir erməni kişi ilə evlənməyə hazırlaşıb. Lakin Ramzan Kadırov bundan xəbər tutaraq məsələyə şəxsən müdaxilə edib. Nəticədə toy təxirə salınıb.
Prezident Ramzan Kadırov hökumətin iclasında bu haqda danışıb: “Biz onun dalınca Ermənistana da getdik. Dedik ki, bir çeçen qızının, üstəlik Çeçenistanın əməkdar artistinin erməniyə ərə getməsi biabırçılıqdır. Çox adama tapşırıq vermişdim ki, Həmzətovanın dalınca gedib onu gətirsinlər. Valideynlərindən icazə aldıq və onu bura gətirdik”.
Mənbə:> Virtualaz.org