“Çeçenistanın ərazi əmiri” Kadırova təslim oldu
Çeçenistanda quldur dəstələrinin başçılarından biri Zəlimxan Maqomadov təslim olub.
AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, “Çeçen respublikasının ərazi əmiri” bu gün Voykovo qəsəbəsində mühasirəyə alınıb. Onu təslim olmağa Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov inandırıb.
Maqomadovun üzərində böyük miqdarda partlayıcı maddə olub.
“Təhlükəli vəziyyət yarandı. Partlayıcı qurğunun partladılması qurbanlara gətirib çıxara bilərdi. Biz “əmir”in telefon nömrəsini operativ şəkildə tapmağı bacardıq. Onunla əlaqə saxladım, çətin danışıqlar keçirdim, sonda Maqomadovu təslim olmağa, partlayıcı qurğunu işə salmaqdan imtina etməyə inandırmağı bacardım”, - deyə Ramzan Kadırov bildirib.
Federal axtarışda olan Zəlimxan Maqomadov Kadırovun ədalətli məhkəmə olacağı barədə verdiyi sözə görə altında təslim olub.
Mənbə:> ANSPRESS