Kadırovdan böyük ittiham
Çeçen respublikasının başçısı Ramzan Kadırov müxalifət lideri Boris Nemtsovun qətlini Qərb xüsusi xidmət orqanlarının təşkil etdiyinə əminəm.
ANS PRESS-in məlumatına görə, bu haqda çeçen lider öz Instagram səhifəsində yazıb.
"Qətlin təşkilatçıları ümid edirdilər ki, Nemtsovun ölümündə bütün dünya ölkə rəhbərliyini ittiham edəcək və bu etiraz dalğası doğuracaq. Heç bir şübhə yoxdur ki, Nemtsovun qətlini istənilən yollarla Rusiyada daxili münaqişəni qızışdırmağa çalışan Qərb xüsusi xidmət orqanları təşkil edib.
Bu onların işidir. Əvvəl insanı özlərinə yaxınlaşdırırlar, Amerikanın və Avropanın dostu adlandırırlar, sonra qurban verirlər", - deyə Ramzan Kadırov bəyan edib.
Mənbə:> ANSPRESS