Kadırov qoca kişinin 17 yaşlı qızı almasına xeyir-dua verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Kadırov qoca kişinin 17 yaşlı qızı almasına xeyir-dua verdi

Kadırov qoca kişinin 17 yaşlı qızı almasına xeyir-dua verdi


Ötən həftə 57 yaşlı bəylə 17 yaşlı gəlinin nikahı barədə məlumatlarda xanım Qoylabiyevanın həddi buluğa çatmadığına diqqət yetirilib.

Bununla yanaşı Nujud Quçiqovun artıq evli olduğu, Luizanın isə onun "kiçik" arvadı olacağı bildirilmişdir. Rusiyada eyni zamanda birdən artıq nikahda olmaq qanunszdur.

Bir müddət keçmiş Çeçenistan rəsmiləri toyun baş tutmadığını bildirmişdilər.

Ramzan Kadırov bu barədə mətbuatın yayımladığı xəbərləri "ağ yalan" adlandırıb. Onun sözlərinə görə gəlin və onun ailəsi nikaha razılığını verib.

"Çeçenistanda heç bir qızı iradəsi əleyhinə ərə vermək mümkün deyil", - qəzetlərdən birində Luizanın müdafiəsinə çağırışı şərh edən Kadırov deyib.

O, özünün İnstaqram hesabında böyük yaş fərqi olan nikahlara bəraət qazandırıb. Çeçenistan lideri Maksim Qalkin və Alla Puqaçova misalında belə nikahların Rusiyada yeganə hal olmadığını qeyd edib.

"Nədənsə bu heç kəsi hiddətə gətirmir, heç kim prokurorluq və İstintaq Komitəsindən yoxlanış tələb etmir!", - Kadırov İnstaqram səhifəsində bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *