Kadırov Zabit Səmədovu Çeçenistana çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Boks, Foto

Kadırov Zabit Səmədovu Çeçenistana çağırdı – FOTO

Kadırov Zabit Səmədovu Çeçenistana çağırdı


Qarışıq döyüş növləri üzrə “Qroznaya bitva” adlı beynəlxalq turnir martın 14-də Çeçenistanın paytaxtı Qroznıda keçiriləcək.

AzNews.info Report-a istinadən xəbər verir ki, azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən fəxri qonaq qismində dəvət olunub.

“Çeçenistana fəxri qonaq kimi dəvət olunmuşam, ora həmçinin məşhur döyüşçülər Fabritsio Verdum, Con Cons, Badr Hari də dəvət olunublar”, - deyə Z.Səmədov bildirib.

Z.Səmədov vurğulayıb ki, onun dəvət olunduğu qarışıq döyüş növləri üzrə “Qroznaya bitva” adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda “Kolizey” kompleksində keçiriləcək.

Z.Səmədov əlavə edib ki, turnirin iştirakçıları “Əhməd” və “Berkut” respublika idman klublarının döyüşçüləri olacaq.

Turnirin keçirilməsinə maddi dəstəyi Çeçenistanın mərhum prezidenti, Rusiyanın milli qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai fond göstərir.

Kadırov Zabit Səmədovu Çeçenistana çağırdı
Kadırov Zabit Səmədovu Çeçenistana çağırdı

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *