Səməd Səmədov və Sevda Əliqızıdan yeni xəbər
Qalmaqalla ayrılan eks duet ortaqları Səməd Səmədov və Sevda Əliqızı hər ikisi özünə gənc tərəf müqabili tapıb. Sevda Əliqızına "qoca" deyib, özünə gənc tərəf müqabili tapan xalq artistinin bu addımından sonra, Sevda Əliqızı da özünə gənc duet ortağı seçib.
Səməd Səmədov ANS PRESS-ə açıqlamasında, keçmiş tərəf müqabilinin özünə yeni duet ortağı tapmasına çox sevindiyini bildirdi: "Mənə söylədilər ki, Sevda Əliqızı özünə yeni duet ortağı tapıb. Həm də bu bizim ortaq tanışımız Samir Vidadır. Sevda Əliqızı ilə işbirliyimiz bitsə də bu xəbərə çox sevindim. Hətta Samir Vidaya zəng vurub təbrik etdim onları. Samir Vida mənim repertuarımdakı mahnıların bir neçəsinin müəllifidir."
Səməd Səmədov özündən də danışmağı da unutmadı: "Yeni il öncəsi bir çox layihələrə imza atmışam. 2014-cü il mənim üçün çox uğurlu olub. Samir Vidanın “Evlənirəm” , “Mənə belə gözəlsən”, Kərim Kərimlinin “Şirin çay”ı artıq toyların hitinə çevrilib. Mahnıların hər üçünə də klip çəkdirmişəm və öz ənənəmə sadiq qalaraq hər il olduğu kimi bu il də yeni bir disk buraxacam. Artıq disk üzərində işlər tamamlanır".
Mənbə:> ANSPRESS