Prezident altıncı dan aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Dünya

Prezident altıncı dan aldı

Prezident altıncı dan aldı


Çeçenistanın rəhbəri Ramzan Kadırov idman sahəsində daha bir uğur qazanıb. ANS PRESS-in məlumatına görə, uğuru barədə Kadırov öz İnstagram səhifəsində xəbər paylaşıb.
O, Avropa taekvando federasiyasının altıncı dan dərəcəsinə layiq görülüb.

Bu barədə diplom və müvafiq atributu ona Rusiya taekvando federasiyasının prezidenti Anatoli Terexov və Avropa taekvando federasiyasının rəhbəri Sakis Praqalos təqdim edib. Təqdimetmə mərasimi Moskvada, "Olimpiyski" idman kompleksində baş tutub.

Kadırov taekvando üzrə Avropa çempionatının Çeçenistanda keçiriləcəyini də elan edib.
"Bu barədə Terexov və Praqalos deyib. Onların sözlərinə görə, Çeçenistanda bunun üçün yaxşı şərait və beynəlxalq yarışların keçirilməsi sahəsində böyük təcrübə var".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *