Azərbaycanda yeni dövlət qurumları yaradılacaq
Yaxın gələcəkdə ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılması, əməyin mühafizəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən konfransda Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyada əksini tapan məsələlərdən bəhs edərkən bildirdi.
Nazir qeyd edib ki, həmçinin risk qiymətləndirilməsi sistemi üzrə yüksək və orta risk qruplarına aid edilən sahibkarlarda əməyin mühafizəsinə dövlət və ictimai nəzarətin intensivliyinin artırılması, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması və s. həyata keçiriləcək.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli