Facebook və Google-dan zəlzələyə görə yeni xidmət – FOTO
Nepalda baş verən güclü zəlzələlər nəticəsində insan tələfatı 3 mini ötüb. Ancaq bəzi insanların dağıntıların arasında selfi çəkməsi çaşqınlıq yaradıb.
ANS PRESS-in məlumatına görə, Hindistanın Yeni Dehli şəhərində də hiss olunan zəlzələ nəticəsində Himalay dağlarında qar uçqunu baş verib. Zəlzələ zamanı Everest zirvəsindən düşən qar azı 18 nəfərin ölümünə, 61 nəfərin isə yaralanmasına səbəb olub.
Bölgədə son 80 il ərzindəki ən güclü zəlzələ nəticəsində Nepalda 6 milyona yaxın insan zərər görüb. Zəlzələnin episentri olan Pokhara bölgəsindəki bir çox kənddən xəbər almaq mümkün deyil. Ölü sayının artmasından ehtiyyat edilir.
Zəlzələdən sonra bir çox ölkə bölgəyə yardım və xilasedici dəstələr göndəriblər. Axtarışların asanlaşması üçün "Google" və "Facebook" şirkətləri də yeni xidmətlərini işə salıblar.
Belə ki, Google onlayn verilənlər bazasında "Person Finder" (adam tapma) funksiyasını istifadəyə verib. Facebook isə "Safety" (Təhlükəsizlik) adlı bir funksiyasını işə salıb. Bu yeni funksiyalar zəlzələ baş verən ərazilərdə axtarışların asanlaşmasına xidmət edir.
Mənbə:> ANSPRESS