Türkiyədə bəyi toyunda belə öldürdülər » AzNews.info -Xəbər portalı

Türkiyədə bəyi toyunda belə öldürdülər – VİDEO

Türkiyədə bəyi toyunda belə öldürdülər


Türkiyədə toy mərasimində dəhşətli qətl hadisəsi baş verib, Novosti-Azerbaydjana Türkiyənin Show TV telekanalına istinadən bildirib.

Oxu.Az xəbər verir ki, 26 yaşlı Serkan İxtiyar öz toyunda qətlə yetirilib. 26 yaşlı gənci onun əmisi oğlu Rəşid Gənc öldürüb.

Məlumata əsasən, bir neçə gün bundan öncə İxtiyar bütün qohumlarını toya dəvət edib. Dəvət olunanlar arasında əmisi oğlu da olub.

Özü ilə tapança götürən Gənc toyun ortasında bəyə arxadan yaxınlaşıb və onun kürəyinə dörd dəfə atəş açıb.

Aldığı yaralardan bəy yerində keçinib.

Atəş açan şəxs bir neçə saat sonra saxlanılıb. Gənc ifadəsində bu günü artıq üç ildir ki, gözlədiyini deyib.

“Bu, qanlı intiqam idi. Üç il bundan öncə mənim qardaşım İxtiyar sərxoş halda yol qəzası törədən zaman onun maşınında həlak olub. O, şərti cəza aldı, mənim qardaşım isə öldü. O zaman qardaşımın intiqamını alacağım barədə özümə söz verdim”, - Gənc polisə bildirib.

Fakt üzrə istintaq aparılır.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *