Zorlanan gənc baş kəsdi
Türkiyənin Samsun şəhərində gənc tanışının başını dönər bıçağı ilə kəsib. ANS PRESS-in məlumatına görə, qanlı hadisə intiqam almaq məqsədilə törədilib.
19 yaşlı S.A. tanışı 28 yaşlı G.Ö.-nün boğazını kəsdiyi üçün saxlanılıb. O, polisə verdiyi ifadədə bildirib ki, G.Ö. 6 ildir onu zorlayır. Gənc ifadəsində bildirib ki, tanışı ilə cinsi əlaqədə olmaq istəmədiyini dedikdə isə onu döyürmüş. Bu barədə hüquq-mühafizə orqanlarına desə, ona və ailəsinə pislik edəcəyi ilə təhdid edirmiş.
Uzun müddət təhqirlərdən və cinsi təcavüzdən bezən S.A. dönərxanadan götürdüyü bıçaqla tanışının boğazını kəsib. Daha sonra polisə təslim olub.
Məhkəməninqərarı ilə 15 həbs cəzası alan S.A. həbsxanaya göndərilib.
Mənbə:> ANSPRESS