“Al-Əlvan Qarabağ -2” layihəsi baş tutdu » AzNews.info -Xəbər portalı

“Al-Əlvan Qarabağ -2” layihəsi baş tutdu – FOTO

 “Al-Əlvan Qarabağ -2” layihəsi baş tutdu


Qarabağın tarixi abidələri - Tariximizin ARXİVİ! devizi altında “Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində silsilə sərgilərin keçirilməsinə başlanılıb

Bu gün işğal altında olan Dağlıq Qarabağ regionumuzda minlərlə tarixi abidələrimiz düşmən tapdağı altındadı. Bu tarixi abidələrimizin tanıdılması və gələcək nəsillərə ötürülməsi üçün“Al-Əlvan QARABAĞ 2” Qarabağın tarixi abidələrinin təsviri” layihəsi çərçivəsində yumurta qabığı üzərində rəsm sərgisi keçirilib. Həyata keçirilən layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin,Şəmkir Rayon Gənclər və İdman İdarəsinin, "Böyük Yol" Gənclər İctimai Birliyinin və Park Bulvar AVM-in tərəfdaşlığı ilə Şəmkir rayonunda ilk sərgisini keçirib.

AzNews.info xəbər verir ki, layihənin açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva və İcra hakimiyətinin nümayəndələri, Şəmkir regional Mədəniyyət və Turizm idarəsinin rəisi Höccət Əsədullayev, Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov, “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri Tərlan Muxtarzadə və birliyin fəal gəncləri, eləcədə Şəmkir şəhərində fəaliyyət göstərən digər dövlət idarə və müəssisələrinin, ümumi və orta təhsil müəsisələrinin şagirdləri, özəl qurumların əməkdaşları və şəhərin fəal gəncləri iştirak etdilər.

Layihənin rəhbəri Güllü Atakişiyeva açılış mərasimində qonaqlara layihə mövzusu ilə bağlı ətraflı məlumatlar verərək qeyd etdi ki, layihənin məqsədi Qarabağda yerləşən tarixi abidələrimizin rəsm sənəti ilə gənclərə və geniş ictimaiətə tanıtmaq, eləcədə istedadlı gənclərimizin fəaliyətini stimullaşdırmaqdır. Daha sonra Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva çıxış edərək həyata keçirilən layihə haqda öz fikirlərini bölüşdü. Aynur xanım bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır. Bu baxımdan bu tarixi abidələrin gənclər arasında mütəmadi təbliğ olunması və onlara maddi-mənəvi dəyərlərimizin aşılanması siz gənclərin borcudur.
Açılış mərasimin ardınca sərgi ziyarətçilərinə yumurta qabığı üzərində Qarabağın tarixi abidələri təsvir olunmuş rəsm əsərləri nümayiş olundu. Qeyd edək ki, sərgidə 25 əsər nümayiş edildi. Nümayiş olunan əsərlər Dekorativ tətbiqi sənət ustasi Sona Məhərrəmovanın Şəmkir və Gəncə şəhərlərində yaşayan tələbələri tərəfindən çəkilib işlənilib.
Sərgi yekunlaşdıqdan sonra günün ikinci yarısında əsərlər Gəncə şəhər Gənclər Evində sərgi davam etdirildi. Gəncə şəhərində baş tutan sərginin rəsmi hissəsində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müsfiq Cəfərov, Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Sevinc Ələkbərova, eləcədə gəncə şəhərinin fəal gəncləri iştirak etdi. Rəsmilər çıxış edərək bildiriblər ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırırlar. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır. Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də daşnak quldurdəstələri tərəfindən dağıdılıb. Bubaxımdan həyata keçirilən layihə milli-mənəvi sərvətlərimiz olan tarixi abidələrimizin gənc nəsilə aşılanmasında mühüm rol oynayacaq.
Rəsmi hissə yekunlaşdıqdan sonra sərgi ziyarətçiləri əsərlərə baxış keçirdi və səs vermə davam etdirildi. Hər iki sərginin ümumi səs vermə nəticəsində ən yaxşı 3 əsərin qaliblərinə təltifnamələr təqdim olundu.

Qaliblərin siyahısı:
I Yer : Kazımova Çinarə (Şəmkir rayon gənci) – Kəlbəcər rayon Xudavənd monastr kompleksi
II Yer: Əlişova İlahə (Gəncə şəhər gənci) – Ağdam çörək müzeyi
III Yer: İsmayılova Gülçin (Gəncə şəhər gənci) – Kəlbəcər rayonu vəngli kəndi Alban Gəncəsar məbədi
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibidir.


 “Al-Əlvan Qarabağ -2” layihəsi baş tutdu
 “Al-Əlvan Qarabağ -2” layihəsi baş tutdu
 “Al-Əlvan Qarabağ -2” layihəsi baş tutdu
 “Al-Əlvan Qarabağ -2” layihəsi baş tutdu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


švýcarské hodinky De sale, Největší a nejkomplexnější internetový Levné hodinky obchod hodinek!

Sind Sie auf der Suche nach den billigsten replik-uhren? Dann ist VipuHren hier, um Ihnen zu dienen. Wir sind ein führender Replik-Uhr-Designer, der alle führenden Uhrenmarken zum echten Preis verkauft. Unsere breitling replica sind fein gestaltet, um genau die Finesse und den Stil des Originals zu geben. Aus diesem Grund sind unsere Uhren die meistverkauften Replik-Uhren auf der ganzen Welt.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *