“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı » AzNews.info -Xəbər portalı

“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı – FOTO

“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı


“Möcüzəli Ünsiyyət” Festivalı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilatı, Kitabevim.az e-mağazalar şəbəkəsinin tərəfdaşlığı ilə 2015-ci ilin Gənclər Paytaxtı olan İsmayıllı rayonunda həyata keçirildi.

AzNews.info xəbər verir ki, festival “Kitaba çağırış” görüşü ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılış edildikdən sonra layihə rəhbəri Əliyev Rauf dövlət rəsmilərini, tərəfdaş qurumun nümayəndələrini, qonaqları və gəncləri salamlayaraq layihənin məqsədlərindən söz açdı. Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova gənclər üçün həyata keçirilən sosial layihələrin önəmindən və İcra başçısının gənclərə və gənc nəslə göstərdiyi diqqəti vurğuladı. Layihəyə təşkilati dəstək göstərən “İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxışında kitabların gənclərin inkişafında özünəməxsus yerindən bəhs edərək mütaliənin gənclərdə özünü ifadənin, dünya görüşünün artırılmasına müsbət təsirlərini qeyd etdi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək ölkə prezidenti Cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi ölkədə həyata keçirilən Dövlət Gənclər Siyasətinin əhəmiyyətindən və çoxşaxəli fəaliyyət istiqamətlərindən söz açdı. Eyni zamanda Gənclər Fondunun gənclərin fərdi layihələrlə təşəbbüsünü dəstəklədiyini qeyd etdi.
Görüş yekunlaşdıqdan sonra layihə rəhbəri Rauf Əliyev festival çərçivəsində keçiriləcək olan viktorinalar haqda gənclərə geniş məlumat verərək qaydaları izah etdi. Festival “Möcüzəli Ünsiyyət” (Puzzle), “Kitabını özünseç” (Dartboard), “Müəllifdən Məktub” və “Kitab lotereyası” viktorinaları ilə davam etdi. Festivalın sonunda viktorinalarda qalib gəlmiş iştirakçılara qazandıqları kitablar hədiyyə olunaraq, aktiv iştirak etmiş gənclər plaketlərlə təltif olundular.

Qeyd edək ki, “Möcüzəli Ünsiyyət” Festivalı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondununda 7-ci qrant müsabiqəsinin qalibidir. Layihə rəhbəri Rauf Əliyevdir.

“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı
“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı
“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı
“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı
“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı
“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı
“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı
“Möcüzəli Ünsiyyət” Festivalı yekunlaşdı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *