Talasemiyalılara tələbələrin könüllü dəstəyi – FOTO
Azərbaycan Respublikası Prezidenti yanından Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş fərdi layihələrdən biri olan “Talasemiyalılara tələbələrin könüllü dəstəyi” adlı layihənin Şirvan şəhərində olan tədbirləri 29.07.2015 tarixində tamamlanmışdır.
Qeyd edək ki, koordinatorluğu Fəridə Fərəcova tərəfindən aparılan layihə tədbirləri Bakı və Şirvan şəhərlərində həyata keçirilmişdir. Şirvan şəhərində Gənclər İdman İdarəsinin konfrans zalında keçirilən tədbirdə 30-dan çox könüllü tələbə və rəhbərlik işçiləri, gənc müəllimlərdə cəlb olunmuşdur.
AzNews.info xəbər verir ki, Şirvan şəhər İ.H. Gənclər və idman idarəsini rəisi Azər Quliyev, layihə rəhbəri olan 1 saylı Şirvan şəhər xəstəxanasının talassemiya şöbəsinin işçisi Fəridə Fərəcova tədbir açılışında layihə mövzusunun aktuallığını və görülən layihə tədbirlərinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır. “Birinə həyat bəxş edə bilsən” sloqanıyla həyata keçirilən layihənin Bakı şəhəri tədbiri çərçivəsində iştirakçılara məlumat kitabçaları və köynək (mayka) paylanmışdır.
Tədbirin seminarında Talassemiya xəstəliyi haqqında geniş məlumat verilmiş, araşdırma və nəticələrlə mövzunun aktuallığı iştirakçı gənclərə çatdırılmışdır. Şirvan şəhərində keçirilən tədbirdə Şirvan şəhər dövlət xəsətəxanası talassemiya bölməsinin həkimləri ilə yanaşı bu profildən müxtəlif yerli QHT təmsilçilərindən iştirak etmiş və mövzu çərçivəsində apardıqları tədqiqatları barəsində məlumat vermişdilər.
Mənbə:> AzNews.info