“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Gənclik, Foto

“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib – FOTO

“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib


Gəncə Dövlət Universiteti Gəncə Avropa Gənclər Paytaxtı layihəsinə dəstək məqsədi ilə yeni bir layihənin icrasına başlayıb. Layihə “Gəncə Avropa Gənclər Paytaxtı 2016 Gəncə Dövlət Universiteti tələbələrinin I könüllülük Qış Məktəbi” adlanır. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər Təhsil İdarəsi və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə "Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I Könüllülük Qış Məktəbi"nin açılış mərasimi keçirilib.

AzNews.info xəbər verir ki, Gəncə Dövlət Universiteti 2013-cü ildə Avropa 2016 Gənclər Paytaxtı layihəsinin qalibi olan Gəncə Avropa Gənclər Paytaxtı layihəsinə dəstək məqsədi ilə bu layihənin icrasına başlayıb. Layihəni keçirməkdə əsas məqsəd gənclərə könüllülük prinsiplərinin aşılanmaq, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etməkdən ibarətdir. Layihə fevralın 28-dən 1 mart tarixinədək davam edəcək. Layihənin gedişində Təlimçilər - Toğrul Ələkbər, Tamerlan İsmayılov və Kamran Məmmədovun “Komanda işi, “Liderlik”, “Könüllük” mövzularında gənclərlə görüşləri olacaq.

Açılış mərasimində GDU-nu prorektoru Asif Cavadov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Məmmədov və başqaları iştirak ediblər.

GDU-nu prorektoru Asif Cavadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə xüsusi qayğı və diqqət göstərməsindən söhbət açıb. Bildirib ki, məhz bu qayğı və diqqətin əsas göstəricisidir ki, bu gün gənclərin əksəriyyəti çox mötəbər vəzifələrə irəli çəkiliblər.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov layihəyə uğurlar arzu edib. Bildirib ki, gənclər öz kariyeraları üçün qarşıdan gələn layihələrdən istifadə edə bilərlər. Müşfiq Cəfərov vurğulayıb ki, bu kimi tədbirlər davam olaraq keçiriləcəkdir.

Kənan Məmmədov Prezident İlham Əliyevin Gəncə şəhərinə olan xüsusi diqqət və qayğısından danışıb. Bildirib ki, İlham Əliyevin "Gəncə 2016 Avropa Gənclər Paytaxtı" layihəsi üçün 1 milyon manat pul ayırması da bunun bariz nümunəsidir.
Daha sonra çıxış edən GDU TGT sədri Orxan Məmmədov layihə haqqında iştirakçılara ətraflı məlumat verib və onlara uğurlar arzulayıb.
Çıxış edən gənclər prezident İlham Əliyevə və Gənclər şəhər İcra Hakimiyyəti başçısına onlara yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib
“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib
“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib
“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib
“Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin açılış mərasimi keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *