GDU yeni layihənin icrasına başlayır. » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Gənclik

GDU yeni layihənin icrasına başlayır.

GDU yeni layihənin icrasına başlayır.


Gəncə Dövlət Universiteti Gəncə Avropa Gənclər Paytaxtı layihəsinə dəstək məqsədi ilə yeni bir layihənin icrasına başlayır. Bu layihənin adı “Gəncə Avropa Gənclər Paytaxtı 2016 Gəncə Dövlət Universiteti tələbələrinin I könüllülük Qış Məktəbi” adlanır.

AzNews.info-ya verilən məlumata görə, layihənin əsas məqsədi gənclərə könüllülük prinsiplərinin aşılanması, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etməkdir.

3 gün davam edəcək layihənin gedişində maraqlı təlimlər- “Komanda işi, “Liderlik”, “Könüllük” və Gəncə Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində görüşlərin keçirilməsi nəzərdə tutulub.

Təlimçilər - Toğrul Ələkbər, Tamerlan İsmayılov və Kamran Məmmədovun olacağı “Qış Məktəbi”ndə iştirak etmək istəyən gənclər GDU TGT-yə müraciət edə bilər. Layihənin açılış mərasimi 27 fevral, bağlanış mərasimi isə 1 mart tarixində olacaq.

Qeydiyyat üçün son tarix 25 fevraldır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *