Gəncə gəncliyi QİÇS-ə yox deyir » AzNews.info -Xəbər portalı

Gəncə gəncliyi QİÇS-ə yox deyir

Gəncə gəncliyi QİÇS-ə yox deyir


Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə yenidən “Sağlam gələcək, sağlam gənclik ilə gələcək – 2 ” layihəsinə start verilir.

AzNews.info xəbər verir ki, sözü gedən layihə universitetdə 1 noyabr - 1 dekabr tarixlərində sağlam aylıq kompaniyası altında müxtəlif təlim, tədbir,aksiyaların və forumun icrasını həyata keçirəcək. Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək,zərərli vərdişlərə qarşı mübarizə aparmaq, narkotik vasitələrin,psixotrop maddələrin ,siqaret kimi zərərli vərdişlərin zərərini aşılamaq, QİÇS xəstəliyinin yayılmasının qarşısını almaq,virusa qarşı mübarizə aparmaq və s. kimi məsələlərdir.

Layihənin sonunda 1 dekabr QİÇS-lə Beynəlxalq Mübarizə gününə həsr edilmiş “Sağlam gələcək, sağlam gənclik ilə gələcək” adlı şəhər Forumu keçiriləcək. Nəzərinizə çatdıraq ki, ötən il də eyni layihə uğurla icra olunmuşdu.Layihə çərçivəsində təlimlər, sos həyəcan aksiyası , 1 dekabr günündə Gəncə şəhərində konfrans , universitet tələbələri arasında HİV testi və sosial çarxın çəkilişi həyata keçirilmişdi.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *