Mədəniyyət və Turizm Nazirliyi qalibləri elan etdi » AzNews.info -Xəbər portalı

Mədəniyyət və Turizm Nazirliyi qalibləri elan etdi

Mədəniyyət və Turizm Nazirliyi qalibləri elan etdi


Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2016-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri

AzNews.info xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 1 may 2015-ci il tarixinədək Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan etmişdir.

Müsabiqə Komissiyasına təqdim olunmuş 95 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilmişdir:

“Bizim Gənclik” İctimai Birliyinin "Azərbaycanın Multikulturalizm Modeli: Etnik Dəyərlər və Müasirlik" layihəsi.
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin “İrəvanın maddi və mənəvi irsi” layihəsi.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Qədim xalq oyun tamaşalarının bərpası və müasir el mərasimlərində yenidən canlandırılması” layihəsi.
“Bakı Gənclər Klubu” İctimai Birliyinin “Qafqaz Albaniyası - əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” layihəsi.
“Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin "Mədəniyyət sahəsinə marağın yüksəldilməsi" layihəsi.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının “İpək Yolu Ölkələri mədəni irsi – Milli Bayramlar” layihəsi.
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi.
“Uğurlu Gələcək” İctimai Birliyinin “Multikulturalizm diyarı Azərbaycan” layihəsi.
“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin “Uşaqlar üçün cizgi filmləri və kitab festivalı” layihəsi.
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin “Ermənistanın işğalı nəticəsində məhv və qəsb edilmiş tarixi və mədəni abidələrimiz haqqında məlumatların təbliği” layihəsi.
“Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin “Turizm və Mədəniyyət Düşərgəsi” layihəsi.
“Gənclər Mərkəzi” İctimai Birliyinin “Şimal-qərb regionunda tarix-mədəniyyət abidələrin təbliği” layihəsi.
“Demokratiyanın İnkişafı Problemlər Mərkəzi” İctimai Birliyinin “Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi.
“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin “Mədəni irsimiz fotolarda” layihəsi.
“Gələcəyə Addım” Sosial İnkişaf İctimai Birliyinin “Türk dünyası ədəbi abidələri” layihəsi.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsi.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *