“Bölgələrdən paytaxta” layihəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

“Bölgələrdən paytaxta” layihəsi

“Bölgələrdən paytaxta” layihəsi


“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Abşeron rayonun təqdimatı keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ildən icrasına başlanılan “Bölgələrdən paytaxta” layihəsi ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi ilə tanış edir. AzNews.info-ya nazirlikdən verilən məlumata görə, layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilmiş, bədii kollektivlərinin və incəsənət ustalarının konsertləri keçirilmişdir.

Ölkəmizin qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradan “Bölgələrdən paytaxta” layihəsi 2016-cı ildə də davam edəcək.

Layihə çərçivəsində növbəti təqdimat Abşeron rayonuna həsr olunub. Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə fevralın 29-da saat 18:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Tədbir zamanı teatrın foyesində Abşeron rayonunun tarixi-mədəni irsini, bugünkü inkişafını, sosial-iqtisadi nailiyyətlərini, turizm imkanlarını əks etdirən sərgi nümayiş olunacaq. Rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri də sərgilənəcək.

Xatırladaq ki, 2015-ci il ərzində “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatala rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *