Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanır

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanır


Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün “Turizm haqqında” yeni Qanun layihəsini hazırlayıb.

Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.

Nazirliyin məlumatına görə, Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının “Tvininq” layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı “Turizm haqqında” yeni qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyiciyeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.

Bundan başqa, qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.

Həmçinin, tənzimləyici yeniliklər kimi, turizm sahəsində qanunvericilik maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onlarınturizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalar əks olunub.

Nazirlikdən bildirilib ki, qeyd olunan qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli idarə olunması, dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq.

Onu da əlavə edək ki, hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


In 1920s, Van Cleef & Arpels Van Cleef&Arpels has begun to design and accessories, replica rolex add more fun and poetic. In 2008 the family from the traditional extraction ingenuity inspiration, swiss replica watches create the rotating accessories collocation watch series, rolex replica full of charm. The new Charms series hard gem ornament, dazzling light show multiple material combination.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *