Təhsil Nazirliyinin dəstəyi ilə seminar keçirildi » AzNews.info -Xəbər portalı

Təhsil Nazirliyinin dəstəyi ilə seminar keçirildi – FOTO

Təhsil Nazirliyinin dəstəyi ilə seminar keçirildi


Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin “Beynəlxalq təcrübədən istifadə edərək Şəki-Zaqatala regionu üzrə yuxarı sinif şagirdlərinə sahibkarlığın mahiyyəti, məqsədi və vəzifələri haqqında elmi-metodiki biliklərin verilməsi” adlı layihəsi çərçivəsində seminar keçirilib.

AzNews.info xəbər verir ki, seminarda “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin sədri Hafiz Əzəmmədov layihə, onun məqsədləri, görülmüş işlər barədə məlumat verib. Təlimçi Səbuhi Aslanov isə gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şəraitin mövcud olduğunu vurğulayıb, biznes sahəsində müvəffəqiyyət əldə etmək üçün nələri bilmənin vacibliyi barədə məlumatlar verib.

Seminarda Oğuz rayon İcra Hakimiyyətinin “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin məsul işçisi Aqil Məmmədov, müəllim və şagirdlər iştirak ediblər. Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin loqoları əks olunmuş qələmlər paylanılıb, xatirə şəkli çəkilib.

Təhsil Nazirliyinin dəstəyi ilə seminar keçirildi
Təhsil Nazirliyinin dəstəyi ilə seminar keçirildi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 20 avqust 2015 05:25
  • Yazan: Aly
non seulment elle parle plins de laegnus en plus et biin elle chante trop bien et elle est trop trop trop trop trop trop trop top Miimi cte petiiite ^^^^

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *