I Avropa Oyunları ərəfəsində milli-mədəni irsimiz də təbliği olunur – VİDEO
Avropa Oyunları ərəfəsində milli geyimlər və mədəni irsimizin təbliği də həyata keçirilir.
ANS TV-nin məlumatına görə, “Əsrlərin yaddaşı” adlı layihənin məqsədi I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərini real və virtual aləmdə təbliğ etməkdir.
Layihənin reallaşmasında Mədəniyyət və Turimz Nairliyilə DAN Beynəlmilləçi Gənclər İctimai Birliyi birgə fəaliyyət göstəriblər.
Bu zaman Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərimizə həssaslığının artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, Azərbaycanın milli-mədəni dəyərlərinin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılmasına diqqət edilib.
Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlağayı, zinət əşyaları, suvenir kuklaları və şirniyyatı arasında olan əlaqələlər, onları incə tellərlə biri-birinə hörən bağlar təsvir edilib .
Layihə çərçivəsində milli-mədəni irsin təbliği ölkədən xaricdə də həyata keçirilib.
Bu işdə bizim gənclərimiz böyük həvəslə çalışırlar. Ona görə ki, gənclərimiz vətənpərvərdilər. Bunları Latviyaya və Rusiyaya da göndəririk. Bu ölkələrdə bunlar bir daha nümayiş olunur. Biz milli-mədəniyyətin təbliği üçün əlimizdən gələni əsirgəmirik”, – deyə ictimai birliyin sədri Gülarə Teymurova bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Vüqar Şıxəmmədovun sözlərinə görə, belə layihələr Avropa Oyunları ərəfəsində Azərbaycanın tanınmasında mühüm rol oynayacaq:
“Milli geyimlərimizin, əl işlərinin tanıdılması baxımından bu cür layihənin həyata keçirilməsi təqdirəlayiq bir haldır. Hazırda QHT-lər də Avropa Oyunları qabağı belə bir aktivlik nümayiş etdirirlər”.
Nazirlik rəsmisinin sözlərinə görə, bu kimi layihələrin həyata keçirilməsi ölkəyə turist cəlbinə xidmət edə bilər.
Mənbə:> ANSPRESS