Deputat Avropa oyunları haqqında: “Özlərini biabır edəcəklər”
“I Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi uğurların davamıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Qalib Salahzadə bəzi beynəlxalq təşkilatların və müxalifət fəallarının I Avropa Olimpiya Oyunlarının baykot olunması çağırışlarına münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, belə bir mötəbər yarışmanın ölkəmizdə keçirilməsi bütövlükdə xalqımızın qələbəsidr:
“Öz ölkəsini sevən, dövlətinə bağlı hər bir vətəndaş, azərbaycanlı bu hadisədən qürur duymalı, bununla fəxr etməlidir. Yox əgər kimsə bundan məmnun qalmırsa, ölkəmizin digər uğurlarına qarşı olduğu kimi, bu uğurunu da ləkələməyə çalışırsa, onun milli kimliyi şübhə altına düşür. Azərbaycan cəmiyyəti bu cür antimilli, dövlətçiliyə qarşı çağırışları çox eşidib. Burada təəccüblü bir şey də yoxdur. Çünki bu adamlar milli satğınlığı özləri üçün həyat tərzi seçiblər. “Eurovision” öncəsi də belə çağırışlar olurdu. Bir nəticəsi oldumu?! Əlbəttə, yox. Bu dəfə də olmayacaq. Onlar sadəcə özlərini biabır edəcəklər. I Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə baş tutacaq və uğurlu idman yarışması olaraq tarixə düşəcək”.
Mənbə:> Editor.az