Xəzərdə gəmi saya oturdu
Rusiyanın Həştərxan limanından İranın Əmirabad limanına taxıl daşıyan gəmi Xəzər dənizində saya oturub.
RBC-nın məlumatına görə, gəmidə 5 min ton taxıl var.
Hadisə bu gün səhər saatlarında baş verib.
Bildirilir ki, gəminin ekipajı 14 nəfərdən ibarətdir. Onların arasında xəsarət alan yoxdur.
Gəmidəki qida ehtiyatı 10 gün müddətinə kifayət edir.
Mənbə:> Oxu.Az