Kerç boğazında iki gəmi yandı: 14 ölü, 17 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

Kerç boğazında iki gəmi yandı: 14 ölü, 17 yaralı – VİDEO

Kerç boğazında iki gəmi yandı: 14 ölü, 17 yaralı

Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın bir gəminin başqa gəmiyə yanacaq ötürməsi zamanı baş verib.

Hər iki gəminin göyərtəsində ümumilikdə 31 nəfər olub.

Son məlumata görə, gəmilərin yanması nəticəsində azı 14 nəfər ölüb. 17 nəfərin xilas edildiyi bildirilir. Gəmilərin ekipajı İran və Türkiyə vətəndaşlarından ibarətdir.

Xilasetmə işlərinə 10 gəmi cəlb edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *