Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu
Cümə günü axşam saatlarında Yunanıstanın Traqonisi adası yaxınlığında Panama bayrağı altında üzən “Little Seyma” gəmisi saya oturub.
Oxu.az-ın məlumatına görə, göyərtəsində doqquz ukraynalı və üç azərbaycanlı olan gəmi 2700 ton Rusiya unu daşıyırmış. Yük Kipr adasının cənub-şərqində “Famaqusta” liman şəhərinə çatdırılmalı idi.
Gəminin ekipaj üzvləri sahil mühafizə xidməti tərəfindən təxliyyə olunub.
Mənbə:> Oxu.Az