Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum oldu

Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum oldu

Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində istilənmə müşahidə edilib.

“Report”a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək”, - deyə gəmiçiliyin məlumatında əlavə edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir qədər əvvəl “Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində yanğın olması barədə məlumat yayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *