6 kameralı smartfon GƏLİR » AzNews.info -Xəbər portalı

6 kameralı smartfon GƏLİR

6 kameralı smartfon GƏLİR


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti gələn il “Galaxy S10” smartfonunu 4 variantda (o cümlədən 6 kamera və böyüdülmüş ekrana malik) təqdim etmək niyyətindədir. Bu haqda ABŞ-ın “The Wall Street Journal” qəzeti məlumat verib.

Publika.az "TASS”-a istinadən bildirir ki, qəzetin mənbələrinin sözlərinə görə, şirkət “Samsung Galaxy” smartfonlarının bazara çıxarılmasının 10 illiyi münasibətilə istehlakçıları təəccübləndirməyi planlaşdırır. Yazıda deyilir ki, “Galaxy S10” smartfonunun fevralda təqdim ediləcək 3 variantında ekranın diaqonalı 5,8-6,4 düyüm aralığında olacaq. “Beyond X” adına malik olan 4-cü variant isə 6,7 düyümlük diaqonala malik displeylə təchiz ediləcək.

Qəzetin məlumatına görə, “Beyond X” aparatı 6 kameraya malik olacaq: onlardan 2-si ön, 4-ü isə arxa paneldə quraşdırılacaq. Təxmin edilir ki, bu, daha yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.

Bundan başqa, belə tip smartfon məlumatları daha böyük sürətlə ötürməyə imkan verəcək “5G” beşinci nəsil mobil şəbəkəsinə girişi dəstəkləyəcək.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *