“Samsung Galaxy Note 7”-lər məhv ediləcək
“Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarını bərpa və ya emal etməyəcək.
Oxu.Az xəbər verir ki, İKT.lent.az-ın “Motherboard” portalına istinadən verdiyi məlumata görə, qüsurlu smartfonlar tam məhv ediləcək.
“Samsung”dan bildiriblər ki, şirkətin cihazların təhlükəsiz utilizasiyası imkanları var. Lakin ekspertlər bildirirlər ki, “Galaxy Note 7”-lərin məhvi ətraf mühitə ziyan vura bilər.
Xatırladaq ki, “Samsung”un bu ilin avqustunda satışa çıxardığı “Galaxy Note 7” smartfonlarında tezliklə çox ciddi problem aşkarlanıb. Smartfonlar öz-özünə qızmağa, alışmağa və partlamağa başlayıb.
Şirkət sentyabrın 2-də bütün satılmış smartfonların dəyişdirilmək üçün geri çağırıldığını elan edib. Lakin texniki problemi aradan qaldırmaq mümkün olmayıb. Oktyabrın 11-də şirkət “Note 7”-lərin istehsalını dayandırdığını açıqlayıb.
Mənbə:> Oxu.az