“Samsung” Rusiyada “Galaxy S6 Edge”nin satışının start tarixini açıqladı » AzNews.info -Xəbər portalı

“Samsung” Rusiyada “Galaxy S6 Edge”nin satışının start tarixini açıqladı

“Samsung” Rusiyada “Galaxy S6 Edge”nin satışının start tarixini açıqladı


“Samsung” şirkəti Unpacked 2015 tədbirində yeni flaqman “Galaxy S6” və “S6 Edge” smartfonlarını təqdim edib. “S6 Edge” modeli kənarlarında içəri əyilən displeyə malikdir. Rusiyada bu aparatlar aprelin 16-dan satışa çıxarılacaq, bu barədə lenta.ru-ya “Samsung”un mətbuat xidmətindən bildiriblər.

Smartfonlar ağ, qara, qızılı, yaşıl və göy rəngdə olacaqlar. Rusiyada satış qiymətləri açıqlanmayıb.

“S6 Edge” qurğusu “Galaxy S6”dan kənarları əyilən ekran ilə fərqlənir. Bu xüsusiyyəti smartfonun sahibi ən çox danışdığı 5 nömrəni yan tərəflərə çəkməklə istifadə edə bilər.

Hər iki modelin Quad HD (2560x1440 nöqtəlik) imkanlı 5,1 düymlük displeyi var. Ekran cızıqlara davamlı dördüncü nəsil Gorilla Glass şüşəsi ilə örtülüb.

Aparatlar 16 meqapikselli əsas kameraya və təsvirin optik stabilləşdiricisinə malikdir. İstehsalçının iddiasına görə o qaranlıqda yaxşı çəkir, eləcə də real zaman kəsiyində HDR-şəkillər çəkmək imkanına malikdir. Frontal kamera 5 meqapikselə malikdir.

Aparatlarda microSD fleş-kart üçün yuva artıq ləğv edilib. Bunu kompensasiya etmək üçün istehsalçı modelə 32,64,128 Gb həcmində quraşdırılmış yaddaş təklif edib.

Smartfonlar 2600 mlliamper-saatlıq quraşdırılmış akkumulyatora malikdirlər, bu isə fasiləsiz olaraq 13 saat ərzində videoya baxmaq imkanı verir. Bu, çox yüksək göstəricidir. Aparat quraşdırılmış qidalandırıcıya malikdir. Qurğunun qalınlığı “Galaxy S6” və “S6 Edge”ə müvafiq 6,8 və 7 millimetrdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *