“Samsung”dan xəbərdarlıq: “Note 7”-ləri söndürün » AzNews.info -Xəbər portalı

“Samsung”dan xəbərdarlıq: “Note 7”-ləri söndürün

“Samsung”dan xəbərdarlıq: “Note 7”-ləri söndürün


“Samsung Electronics” bütün müştərilərinə müraciət edərək “Galaxy Note 7” smartfonlarını söndürməyə çağırıb.

Oxu.Az xəbər verir ki, İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Samsung” dünya üzrə bütün tərəfdaşlarını “Galaxy Note 7”-lərin satışını və dəyişdirilməsini dayandırmağı xahiş edib.

ABŞ-da bu smartfonları əldə etmiş bütün alıcılara telefonu söndürmək və bir daha istifadə etməmək tövsiyə olunub. ABŞ-ın istehlakçıların hüquqlarını müdafiə üzrə komissiyası bu qərarın düzgün olduğunu bildirib.

Qeyd edək ki, “Samsung” oktyabrın 10-da “Galaxy Note 7” smartfonlarının istehsalını müvəqqəti dayandırıb. Bu qərar yeni smartfonun Çin vətəndaşının əlində partlamasından sonra qəbul edilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *