“Samsung” Azərbaycandakı nümayəndəliyini bağladı
“Samsung Electronics Central Eurasia” Məhdud Məsuliyyətli Ortaqlığın Azərbaycandakı nümayəndəliyi ləğv olunub.
Oxu.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı qərar iyunun 3-də qəbul olunub.
Kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli