Smartfon həvəskarları üçün: Samsung S9 belə olacaq
Smartfonların təqdimatı fevralın 25-nə nəzərdə tutulub, satış isə martın 16-da başlayacaq
İnternetdə Samsung Galaxy S9 və S9+ smartfonlarının şəkili yayılıb. Sputnik Azərbaycan “Venture Beat”a istinadən xəbər verir ki, hər iki modelin bu il çıxacağı gözlənilir.
5,8 düyməlik S9 və 6,2 düyməlik S9+ əvvəlki modellərdən az fərqlənəcəklər. Birinci model 4 qiqabayt operativ və 64 qiqabayt əlavə edilmiş yaddaşa malik olacaq. İkinci modeldə bu göstəricilər müvafiq olaraq 6 və 128-dir.
Mənbə:> Sputnik Azərbaycan