Salyanda ağır qəza: ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyanda ağır qəza: ölən və yaralananlar var

Qəzada xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.

Bunlar “TəmizQaz” QSC-nin əməkdaşı, Salyan rayonu Yolüsütü kənd sakini, 26 yaşlı Soltan İlham oğlu Hüseynli; “TəmizQaz” QSC-nin əməkdaşı, Salyan rayonu Qaraçala qəsəbəsinin 27 yaşlı sakini Əzizağa Ağamirzə oğlu Hüseynov; “Mercedes-C”nin sürücüsü, 27 yaşlı Salyan şəhər sakini Hikmət Hekayət oğlu Əliyevdir.

* * *17:30

Bu gün Salyan şəhərinin mərkəzində, Ə.Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, “TəmizQaz” QSC-nin Salyan rayonlararası filialına məxsus 99 AV 621 dövlət nömrə nişanlı, Neftçala rayonu, Kürqarabucaq kəndinin 28 yaşlı sakini Rafət Rafiq oğlu Hüseynovun idarə etdiyi “Niva” markalı avtomaşınla Salyan şəhər sakininin idarə etdiyi 99 HM 230 dövlət nömrə nişanlı “Mercedes-C“ markalı minik maşınının toqquşması nəticəsində “NİVA”-nın sürücüsü ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Xəsarət alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda qəza zamanı xəsarət almış şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *