Salyanda mikroavtobus minik maşını ilə toqquşdu: 10 nəfər xəsarət aldı – FOTO
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən 74-cü km-də “Mercedes”markalı mikroavtobus və minik maşını toqquşub.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Astara rayonunun Pensər kənd sakini, 43 yaşlı Elşən Əziz oğlu Rüstəmovun idarə etdiyi 99-BN-980 dövlət nömrə nişanlı “Mercedes-Vito” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Astara rayonunun Miri kənd sakini Cəfər İsmayıl oğlu Nəsirovun idarə etdiyi 99-EU-688 dövlət nömrə nişanlı, ”Mercedes” markalı minik avtomaşını ilə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində hər iki avtomaşının sürücüsü, mikroavtobusun 7 nəfər sərnişini və minik maşınının sərnişini - Astara rayonunun Siyamik kənd sakini, 47 yaşlı Teymur Nurəddin oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Mikroavtobusun sərnişinləri Dağıstanın Xasavyurd rayonundan alış-verişdən qayıdan Astara rayon sakinləri olublar. Qəzaya uğrayan mikroavtobusun xəsarət almış sərnişinləri aşağıdakılardır:
1.Quliyeva Reyhan Orucəli qızı,1971, Astara rayonunun Şahdağ kəndi
2.Muradov Cavanşir Cahangir oğlu,1975, Lənkəran rayonu, Füzuli küçəsi
3.Nəzərova Aytac Müqəssir qızı,1997, Astara rayonu. Miki kəndi
4.Nəzirli Cəmil Cəfər oğlu, 1991, Astara rayonu, Miki kəndi
5.Cəfərov Kamran Şirinəli oğlu, 1976, Astara rayonunun Vaqo kəndi
6.Veysərov Nəsib Naib oğlu, 1971, Astara rayonu, Pensər kəndi
Faktla bağlı DYP-da araşdırmalara başlanılıb.
Mənbə:> Virtualaz.org