Salyanda TIR pomidor almaq üçün dayanmış “Mercedes”ə çırpıldı
Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində ata və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Yenikənd kəndində yolun kənarındakı bazardan pomidor almaq üçün dayanmış “Mercedes” markalı minik maşınına cənub istiqamətində hərəkət edən yük daşıyan TIR çırpılaraq onu yoldan aşağı atıb.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü, 55 yaşlı Xaçmaz rayonu, Xudat qəsəbə sakini Ağayev Bahadır Hacıbaba oğlu və onun 11 yaşlı qızı Gülsarə Ağayeva xəsarət aldıqları üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
Mənbə:> Virtualaz.org