Salyanda dəhşətli qəza: “Mercedes” iki yerə parçalandı, iki nəfər həlak oldu – VİDEO + FOTO
Ötən gecə saat 2 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 54-cü kilometrində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Lənkəran sakini 42 yaşlı Zaur Fərzalı oğlu Hüseynovun idarə etdiyi 42 BU 105 dövlət nömrə nişanlı, mişar daşı yüklənmiş “KamAZ” markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən ona əks istiqamətdə hərəkət edən 27 yaşlı Neftçala rayonunun Beşdəli kənd sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes-C” markalı minik maşınına çırpılıb.
Toqquşma zamanı zərbə o qədər güclü olub ki, “Mercedes-C” iki hissəyə parçalanıb.
Minik avtomaşının bir hissəsində sıxılıb qalmış sürücünün - Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinin 26 yaşlı sakini İlqar Əbil oğlu Abasovun və sərnişinin cəsədləri hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə:> Virtualaz.org