Ələt-Astara yoluna çınqıl daşıyan “Shagman”lar toqquşdu
Bu gecə saat 2 radələrində Bakı – Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Göygöl rayon sakini 39 yaşlı Məmmədov Famil Xamraz oğlunun idarə etdiyi çınqılla dolu “Shagman” markalı yük maşını qarşısında onunla bir dəstədə hərəkət edən başqa bir “Shagman”a çırpılıb.
Hadisə nəticəsində Famil Məmmədov ağır xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxaanasına çatdırılsa da, onun həyatının xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hər iki yük maşını yeni inşa olunan Ələt-Astara avtomobil yoluna Bəhrəmtəpədəki karxanadan çınqıl daşıyırmış. Hadisənin qəzada həyatını itirmiş sürücünün sükan arxasında yuxulaması ucbatından baş verdiyi ehtimal olunur.
Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.
Mənbə:> Virtualaz.org