Ucarda yük maşınları ağır qəza törədib: Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Fərrux İsmayıl oğlu Ramazanovun idarə etdiyi “Hyundai” markalı çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Yaşar Valeh oğlu Hüseynovun idarə etdiyi “Shagman” markalı yük maşınına arxadan çırpılıb.
Nəticədə “Hyundai”ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Yük maşınında sıxılmış vəziyyətdə qalmış meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.
Mənbə:> APA