17 tonluq ekskavator 100 metrdən yerə çırpılarsa – VİDEO
Çilinin paytaxtı Santyaqoda metro tikintisi zamanı fəhlələri bədbəxt hadisədən az bir məsafə xilas edib.
ANS PRESS-in məlumatına görə, internetdə yayılan videoda 17 tonluq Caterpillar ekskavatoru kranın ağzından içərisində fəhlələr işləyən qazıntının içərisinə düşüb.
Bir neçə yüz metr dərinlikdə olan dəlikdə onlarla fəhləni ölümün pəncəsindən yalnız ekskavatorun düşdüyü yerdə olmamaları qurtarır.
Hadisə nəticəsində ölüm baş verməsə də təsadüfi çəkilən video höküməti hərəkətə gətirib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Mənbə:> ANSPRESS