Turistləri daşıyan avtobus 400 metrdən düşdü: 32 ölü
Braziliyada turistləri daşıyan avtobuslardan biri qəzaya uğrayıb.
ANS PRESS-in məlumatına görə, Atlantik okeanı sahilində yerləşən Braziliyanın Santa-Katarina ştatının Aleqri bölgəsində sürücünün idaretməni itirməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə avtobus uçurumdan dərəyə yuvarlanıb. Bu barədə “Globo News” portalı xəbər yayıb.
Qəza zamanı avtobusun içərisində olan sərnişinlərdən 32-nin dünyasını dəyişdiyi, təxminən 10 nəfərin isə yaralı olaraq xəstəxanalara çatdırıldığı bildirilir.
Portalın yazdığı xəbərdə qeyd edilir ki, 400 metr dərinliyi olan dərəyə yuvarlanan avtobusda 50 nəfər var imiş.
Hadisənin baş verməsindən sonra əraziyə 15 təcili yardım və xilasetmə komandası göndərilib. Yol hər iki istiqamətdə bağlanıb.
Onu da qeyd edək ki, hələlik həyatını itirən turistləin hansı ölkə vətəndaşı olduqları barədə xəbər yayılmayıb.
Mənbə:> ANSPRESS