Avtobus 300 metrlik dərəyə düşdü
Ekvadorda avtobusun dərəyə düşməsi nəticəsində 16 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
ANS PRESS-in məlumatına görə, keçən gecə ölkənin qərbində olan Manta şəhərindən paytaxt Kitoya yollanan avtobus 300 metrlik dərəyə sürüşüb. Yerli polis hələ ki, qəza zamanı avtobusda neçə nəfərin olması barədə məlumat əldə edə bilməyib.
Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Onların sözlərinə görə, ölü sayı arta bilər.
Qəzanın baş vermə səbəbi araşdırılır.
Mənbə:> ANSPRESS