Parada görə narazılıq edən sürücüyə polisdən mükəmməl cavab » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Avto, Video

Parada görə narazılıq edən sürücüyə polisdən mükəmməl cavab – VİDEO

Parada görə narazılıq edən sürücüyə polisdən mükəmməl cavab


Sosial şəbəkələrdə bir müddət əvvəl “Unibank”da ayaqyolu olmamasından şikayət edərək video yayımlayan xanım yenidən gündəmə gəlib.

AzNews.info “Avtosfer.az”a istinadən xəbər verir ki, bu dəfə xanım yol polisini ittiham edən video yayımlayıb.

Görüntülərdə Bakıda keçiriləcək hərbi paradla əlaqədar olaraq bəzi küçələr bağlanıb. Xanım isə ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı Vüsal Qurbanov ilə mübahisə edir.

Xanım kobud şəkildə yol polisinə “yolu bağlamısan evimə gedə bilmirəm” deyir. YPX əməkdaşı isə ona sakit və mədəni şəkildə izah edir ki, yollar parada görə bağlıdır. Bir neçə gün belə olacaq. Hətta yol polisinin "əsgərlərimiz üçün bağlanıb, onlar səngərdə erməni ilə üzbəüz bizə xidmət edirlər" sözlərinə xanım "onlar mənə neyniyir ki?" deyərək cavab verib. Sonda YPX əməkdaşı xanıma piyada getməyi tövsiyə edib.

Qeyd edək ki, rəsmi dövlət tədbirləri ilə əlaqədar olaraq bəzi küçələrin bağlanacağı barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. Lakin təəsüflər olsun ki, bəzi vətəndaşlar “öz rahatlıqları üçün” narazılıq edirlər.


Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *