Xanım prodüsser sərxoş vəziyyətdə polislərlə dalaşdı
Bakıda yol polisinin saxla əmrinə tabe olmayan xanım sürücü daha sonra saxlanılıb. ANS PRESS-in məlumatına görə, sərxoş vəziyyətdə saxlanılan sürücü tanınmış proddüser Təranə Səmədovadır. Bakı şəhər dövlət yol polisi əməkdaşları proddüserə Hüseyn Seyidzadə küçəsində saxla əmri veriblər.
Polislərdən yayınmağa çalışan xanım sürücü təxminən 3-4 km məsafə də qət edib. Amma sonda polis qaçmağa çalışan xanım sürücünü saxlaya bilib. Bu zaman sürücü qəza da törədib. Özünə hər vəchlə haqq qazandırmağa çalışan sərxoş xanım aqressiv hərəkətləri və nalayiq ifadlərlə polisləri təhqir etməkdən çəkinməyib.
Yolda meyxanaçı Pərviz Bülbüləni görən, Təranə Səmədova polislərdən yayınıb meyxanaçı ilə qaçmağa da cəhd edib.
Sonda proddüser post patrul xidməti avtomobili ilə həkim müayinəsinə aparılıb.
Qanuna edilən son dəyişiklikləri nəzərə alsaq, prodüseri sərt inzibati cəza gözləyir.
Mənbə:> ANSPRESS