Şabranda xanım “jurnalist” yol polisindən qaçdı » AzNews.info -Xəbər portalı

Şabranda xanım “jurnalist” yol polisindən qaçdı – VİDEO

Şabranda xanım “jurnalist” yol polisindən qaçdı


Şabran Dövlət Yol Polisi (DYP) əməkdaşlarının keçirdiyi reydlər zamanı maraqlı məqamlar yaşanıb.

AzNews.info İnter.az TV-yə istinadən xəbər verir ki, reyd zamanı ümumilikdə 32 sürücü barəsində inzibati tədbir görülüb.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü aşkarlanıb.

Onlar arasında, hətta özünü “jurnalist” kimi qələmə verən və yol polisinə tabe olmayan şəxslər də olub.

Məlum olub ki, özünü jurnalist kimi təqdim edən xanım sürücü Günay İbadovadır. O, polisə heç bir sənəd təqdim etmədən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində qoyub və ərazidən uzaqlaşıb.

Polis əməkdaşları bir neçə dəfə ondan maşının açarını təqdim etməsini xahiş etsələr də, xanım sürücü onları dinləməyib. Nəhayət, Günay İbadova maşının açarlarını yol patrul xidmətinin əməkdaşlarına verib və nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. DYP əməkdaşları ilə xanım sürücünün dialoqunun videosu yayılıb.

Həmin görüntüləri sizə təqdim edirik:


Mənbə: İnter.az TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *