Nabranda sürücü ilə polislər arasında mübahisə – VİDEO
Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti avtoreyd keçirib.
AzNews.info Region TV-yə istinadən xəbər verir ki, Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil olunub.10 saat müddətində davam edən reydə Xaçmaz rayon Polis Şöbəsinin Post-Patrul xidmətinin əməkdaşları da qatılıb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil olunub.
Daha çox qayda pozuntuları isə gecə saatlarında qeydə alınıb. Reyd zamanı sürücülərin sərxoş olub-olmadığını müəyyənləşdirmək məqsədilə həkim müayinəsi də təşkil edilib.
Sənədlərini və avtomobilin açarlarını polisə təhvil verməkdən imtina edən sürücülər də olub. Bununla yanaşı, sərxoş sürücülərin bəziləri polisə tabe olmayaraq müqavimət göstərib.
Reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-dən artıq sürücü barəsində protokol tərtib edilərək, tədbirlər görülüb. Reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
Mənbə:> Region TV