Bakının mərkəzində yol polisi qaydaları pozdu – VİDEO
Bakıda dövlət yol polisi (DYP) əməkdaşı xidmət zamanı kobud qayda pozuntusuna yol verib.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, “99 YP 363” dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan polis əməkdaşı heç bir zərurət olmadan İnşaatçılar prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bununla bağlı görüntülər lentə alınıb. Videoya baxanda məlum olur ki, DYP əməkdaşı heç bir təhlükəsizlik qaydasına əməl etmədən əks istiqamətli yola çıxır.
O, düzünə hərəkət edən avtomobillərin qarşısına çıxaraq geriyə dönür. Bu zaman o, heç bir işarə vermir.
Onu da bildirək görüntülərdə DYP əməkdaşı, xüsusi səs siqnallarından və sayrışan işıqlardan da istifadə etmir.
Mənbə:> Oxu.Az