İcra nümayəndəsi ayıların mal-qaraya hücumu barədə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İcra nümayəndəsi ayıların mal-qaraya hücumu barədə – Günah sakinlərdədir– YENİLƏNİB

İcra nümayəndəsi ayıların mal-qaraya hücumu barədə


Şəki rayonu Baş Zəyzid kəndinə ayılar hücum etməyib.

Bu barədə “Trend”ə açıqlamasında Baş Zəyzid kəndi üzrə icra nümayəndəsi Ariz Əhmədov deyib.

İcra nümayəndəsi bildirib ki, mal-qaranın ayıların hücumuna məruz qalması sakinlərin səhlənkarlığının nəticəsidir: “Sakinlər heyvanları yiyəsiz buraxırlar. Bizim kəndin əsas örüş yeri də dağlıq ərazidir. Heyvanlar sahibsiz qalanda meşəyə gedir və meşədə də ayıların hücumuna məruz qalır. Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıqlar olunsa da, məhəl qoyan yoxdur”.

A.Əhmədov bildirib ki, məsələ ilə bağlı dəfələrlə Şəki şəhər Polis Şöbəsi tərəfindən sakinlərə xəbərdarlıq edilib: “Polis də, digər aidiyyəti qurumlar da sakinlərə müraciət ediblər ki, heyvanları sahibsiz buraxmayın. Bu cür hallar həm yollarda təhlükə yaradır, həm də heyvanlar ayıların hücumuna məruz qalır”.

***

Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib.

Avropa.info ARB-yə istinadla məlumat verir ki, bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundan qorumaqda çətinlik çəkirlər:

“Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki, mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.

Sakinlərin sözlərinə görə, son bir ayda 30-a yaxın iri buynuzlu mal-qara ayı hücumuna məruz qalıb. Son bir həftədə isə 8 baş iri buynuzlu heyvan ayıların qurbanına çevrilib. Ayıların öldürülməsi qanunla qadağan edildiyinə görə, sakinlər heç bir yerə müraciət etmədiklərini deyiblər.

Qeyd edək ki, sığorta şirkətləri vəhşi heyvanların öldürdüyü mal-qaraya görə pul ödəmədiyindən sakinlər maddi ziyanlarını qarşılaya bilmirlər.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *