Ucara yırtıcı hücumu: Sakinlər evdən çıxa bilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ucara yırtıcı hücumu: Sakinlər evdən çıxa bilmir

Ucara yırtıcı hücumu: Sakinlər evdən çıxa bilmir


Ucarın Şahlıq kəndi artıq neçə gündür yırtıcıların hücumuna məruz qalır.

Bu barədə Publika.az-a kənd sakini Rüfət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, çaqqallar sürü ilə dəstə şəklində gəzərək həyətyanı sahələrə hücum edir, sakinlərin toyuq-cücələrini aparırlar. Sakinlərdə silah olmadığından onlar həyətyanı sahələrini şiferlə hasarlamağa başlayıblar: “Toyuqları hücumdan qorumaq üçün həyətin digər hissəsini də şiferlə hasarlamışıq. Bağ tərəfə keçən ev quşları bizim deyil. Dərhal çaqqallar oğurlayır. Bəzən lap gözümüzün qarşısında toyuqları aparırlar. Silahımız olmadığından heç nə edə bilmirik”.

Onun sözlərinə görə, yırtıcıların ovu səhər saat 10-da başlayır: “Hər dəstədə iki-üç, bəzən dörd çaqqal olur. Günorta sayları bir az artır. Axşamlar isə daha da çoxalır. Uşaqları həyətə, bağa buraxa bilmirik. Dəstə-dəstə ulaşanda bilirik ki, ev quşlarını oğurlamağa gəliblər. Son günlər ərzində kiminin qoyununu parçalayıb, kimin hinduşkasını, toyuğunu, cücəsini, qazını, ördəyini aparıblar”.

Kənd sakini qeyd etdi ki, bəzi sakinlər tələ qurub: “Bir gecə tələyə beş çaqqal düşmüşdü. Sakinlər sanki qoyun otarırmış kimi toyuq-cücələri otarırlar. Bəzi qadınlar qorxularından bağlara keçə bilmirlər”.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *